"Napoli" Xviça Kvaratsxeliyaya yeni müqavilə təklif edib.

Rekord.az xəbər verir ki, yeni müqavilədə futbolçunun maaşının da ikiqat artırılacağı nəzərdə tutulub.

Lakin futbolçu hələlik bu təklifə konkret cavab verməyib. Onun məlum təkliflə bağlı atası Badri Kvaratsxeliya ilə məsləhətləşəcəyi deyilir.