Xudat şəhər 1 nömrəli məktəbin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə basketbol idman növü üzrə ümumtəhsil məktəbləri arasında təşkil olunmuş rayon birinciliyinin Xudat zona mərhələsi keçirilmişdir.

Rekord.az xəbər verir ki, 16 fevral 2024-cü il tarixində keçiriləcək final mərhələsinə vəsiqə uğrunda 6 komanda mübarizə aparmış və gərgin oyunların sonunda Xudat şəhər 2 nömrəli tam orta məktəbin və Yeni Həyat qəsəbə tam orta məktəbin komandaları final mərhələsinə vəsiqə qazanmışlar.