Xorvatiya mətbuatı ölkə çempionatının ikinci yarısında "Dinamo"nun oyununu təhlil edərkən, komandaya yeni gələnlərin, millimizin hücumçusu Mahir Emrelinin çıxışına da toxunublar.

Rekord.az xəbər verir ki, "Jutarnji List" nəşri Emreli haqda bunları yazıb:

"Azərbaycanlı forvard yanvarda komandaya gəlib. Tam təlim-məşq toplanışı keçməyib. Forma yığması və komandaya, yerli futbola adaptasiya olması üçün vaxta ehtiyacı var.

Mahir hələ ki, heç bir matçı 90 dəqiqə keçirməyib. Onun indiyə qədər göstərdikləri "Dinamo"ya lazım olandan çox azdı. Onu ancaq "Şibenik"lə matçın bəzi epizodlarında xatırlayırıq ki, o, öz bacarığını nümayiş etdirib.

Hələlik onun yeni komanda yoldaşları anlaşmadığı və Kopiçin tələblərinə tam uyğun gəlmədiyi aydındı".