UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiyanın "Hayduk" kollektivi paytaxt təmsilçisinin akademiyasının üzvü Fərid Şahverdiyevin faciəvi şəkildə vəfatı ilə bağlı başsağlığı verib.


Rekord.az xəbər verir ki, bu barədə sabah üz-üzə gələcək komandaların oyunundan öncə baş tutan mətbuat konfransında bildirilib.


Split təmsilçisinin mətbuat xidmətinin rəhbəri klubun bu xəbərdən kədərləndiyini söyləyib.


Xatırladaq ki, "Zirə"nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev bir neçə gün əvvəl çimərlikdə boğularaq dünyasını dəyişib.