Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 14-cü turunun sonuncu oyunu baş tutub.

Rekord.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan "NTD-İndiqo", son zamanlar yüksəlişdə olan "Xırdalan"la üz-üzə gəlib.

Bu gərgin oyunun yekununda qonaqlar 84:77 hesablı qələbəyə seviniblər. Bu, müntəzəm mövsümdə "Xırdalan"ın 9-cu qələbəsi olub.

Ən məhsuldar basketbolçular "NTD-İndiqo"da Əkbər Məmmədov (17 xal, 11 ribaund), "Xırdalan"da Teyvion Körk (18 xal, 8 ribaund) olublar.