“Xəzri” bir basketbolçu ilə yollarını ayırıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı Makol Mavyen komandanı tərk edib.

27 yaşlı basketbolçu ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.

“Xəzri” Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.