
"Xəzər Universiteti"nin yaradıcısından "Şamaxı"ya jest
- 09 Avq 2022 11:00
- 611
"Xəzər Universiteti"ninyaradıcı və rektoru Hamlet İsaxanlı bu yaxınlarda "Şamaxı"nın təqdimetmə mərasimi münasibəti ilə Şamaxıya dəvət alan fəxri qonaqlar sırasında olub.
Rekord.az xəbər verir ki, "Şamaxı"ya 1997-ci ildə yaranan "Xəzər Universiteti"nin xələfi kimi, xeyir-dua verən İsaxanlı, komandaya öz köməklərini də təklif edib.
Saytımızın əməkdaşı ilə söhbətində universitet rəhbəri bildirib ki, əgər gələcəkdə "Şamaxı"ya psixoloji dəstək lazım olarsa, onlar öz yüksək ixtisaslı tələbə və məzunlarının xidmətlərini təmənnasız olaraq, komandaya təklif edə bilərlər.