"Xəzər Lənkəran"ın sabiq qapıçısı yenidən böyük futbola qayıtdı
- 11 Avq 2021 17:00
- 702
"Xəzər Lənkəran"nın yetirməsi olan Orxan Sadıqlı "Səbail-2"də məşqlərə qoşulub.
Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a açıqlamasında Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova məlumat verib.
Bununla da təcrübəli qapıçı təxminən 1 illik fasilədən sonra yenidən karyerasını bərpa etmiş oldu.
Sadıqlı yarımçıq dayandırılan 2019-2020 mövsümünü "Zirə"də keçirib. Həmin mövsümün sonu klubdan ayrılan kiper bugünə qədər klubsuz qalıb.
28 yaşlı qapıçı "Xəzər Lənkəran"nın əsas komandası ilə bərabər "Keşlə", Sumqayıt" və "Zirə" komandalarının da formasını geyinib.