
"Xəzər Lənkəran" və "Neftçi"nin sabiq futbolçusu "Səbail"ə məşqçi təyin olundu
- 13 Yan 2022 12:00
- 658
“Səbail”in U-13 komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.
Rekord.az xəbər verir ki, bir neçə gün öncə sözügedən komandanı çalışdıran Mahmud Əhmədov postundan ayrılıb.
2018-ci ildən etibarən “Səbail”in U-9, U-10, U-11, U-12 və U-13 komandalarında baş məşqçi vazifəsində çalışan gənc mütəxəssisin klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. O, bundan sonra “Neftçi”də çalışacaq.
“Səbail”in U-13 komandasının yeni baş məşqçisi isə Elnur Abdullayev təyin olunub. Hansı ki, o, bu vaxta qədər “dənizçilər”in U-14 komandasında köməkçi məşqçi kimi çalışırdı.
Elnur Abdullayev futbolçu karyerası dönəmində “Turan”, “Neftçi”, “Bakı”, “Olimpik”, “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”, “İnter” (indiki “Keşlə”) və “Sumqayıt”da forma geyinib. (sportinfo.az)