Bir neçə gün bundan qabaq saytımızda "Sumqayıt"da büdcə sıxıntısı: mükafatları verməyə pul yoxdur?" başlıqlı xəbər getmişdi. Həmin xəbərdə qeyd olunmuşdu ki komandanın son zamanlar bir neçə uğurlu oyunu rəhbərliyi və sponsor "Azərkimya" şirkətini sıxıntıya salıb. Çünki hər qələbə vəd olunan mükafat deməkdir ki, bunun üçün də əlavə vəsait lazımdır.

 

Rekord.az xəbər verir ki, yazdıqlarımız düz çıxıb.

 

Əldə etdiyimiz məlumata görə, komanda "Neftçi"ni mübarizədən kənarlaşdırsa da, futbolçular buna görə də mükafat almayıb. Daha doğrusu, rəhbərlik bu barədə futbolçulara qəti söz verməkdə çətinlik çəkib. Çünki mükafat üçün vəsaiti "Azərkimya" verməlidir. Onlar isə hələlik vəsait ayırmayıb.