"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin futbolçusu Lionel Messinin Kataloniya təmsilçisinə qayıda biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçu üçün "Barselona"nın qapılarının hər zaman açıq olduğunu deyib. Ancaq mütəxəssis transferlə bağlı danışmaq istəməyib:

"Messi tarixin ən yaxşı oyunçusudur. Ona "Barselona"nın qapıları hər zaman açıqdır. Bu kluba nə zaman istəsə, qayıda bilər. O, tərifə layiqdir və bu komanda üçün etdiklərini saysaq, bitməz. Ancaq onun transferi ilə bağlı danışa bilmərəm, çünki hazırda PSJ-nin oyunçusudur".

Qeyd edək ki, Messinin ötən ilin yayı "Barselona" ilə müqaviləsi başa çatıb və o, azad agent kimi PSJ-yə keçib.