Son 7 oyundur məğlub olmayan "Barselona" klubunun baş məşqçisi Xavi komandasının uğurlu oyununu şərh edib.

Rekord.az xəbər verir ki, "Sport ES" 42 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: “Transferlər olmasaydı, daha çətin olardı, bu dəqiqdir.

Obameyanqın qol vurmaq bacarığı məni təəccübləndirmədi. Amma çalışqanlığı, təvazökarlığı və qələbə istəyi mənim üçün böyük sürpriz oldu.

Adama Traore verdiyi qərarlarla məni heyran edir, o, daha yetkin bir oyunçu olub.

Ferran Torres isə mənə fərqli, heyrətamiz səviyyəli oyunçu kimi görünür. Onun topu itirməmək bacarığı dünya səviyyəsindədir. Əla transferdir, o, əla oyunçudur”.