Messinin "Barselona"ya dönüş məsələsi hələ də müzakirə olunur.

Rekord.az xəbər verir ki, İspaniya mətbuatı komandanın baş məşqçisi Xavinin də bu dönüşə etiraz etmədiyini yazıb.

Lakin baş məşqçi bunun üçün rəhbərlikdən israrlı tələb etməyə də lüzum görmür.

Qeyd edək ki, Messi özü hələlik növbəti mövsümlə bağlı qərarını dəqiqləşdirməyib.