"Barselona"nın baş məşqçisi Xavi Ernandes klubun əsas transfer hədəfi olan Erlinq Haalandla görüşüb.

Rekord.az  "L'Esportiu"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Dortmund "Borussiya"sının hücumçusu ilə çərşənbə axşamı Almaniyanın Münhen şəhərində bir araya gəlib. 

Görüşün təfərrüatları açıqlanamyıb.

Qeyd edək ki, İspaniya mətbuatı "Barselona"nın Haalanda 5 illik müqavilə təklif etdiyini yazıb.