"Barselona" Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Qalatasaray"la üz-üzə gələcək.

Rekord.az xəbər verir ki, bu gün baş tutan mətbuat konfransında Kataloniya təmsilçisinin baş məşqçisi Xavi rəqibi haqda danışıb:
 

"Çox həyəcanlıyıq. Komanda yaxşı vəziyyətdədi. Azarkeşlərimizin qarşısında oynayacağıq, ab-hava hazırda çox yaxşıdı. Bu səviyyəyə gəlib çatmaq üçün çox çalışdıq. Son matçlarda olduğu kimi oynamalıyıq. Çünki Türkiyədəki oyun çox çətin olacaq. "Qalatasaray" komanda şəklində oynayır. Domenek Torrentin məqsədi öz oyun fəlsəfəsini qəbul etdirməkdi. Topa sahib olmaq istəyirlər, üçlü müdafiə kimi fərqli taktiki üslubları var. Fərdi olaraq da yaxşı oyunçulara sahibdilər. Məncə Kərəm Aktürkoğlu yaxşı futbolçudu".