Yeni mövsümdən II Liqada mübarizə aparacaq "Xankəndi" hazırlıqlarını davam etdirir.

Rekord.az xəbər verir ki, baş məşqçi İbrahim Uzunca komandasını bu dəfə qum üzərində məşqə çıxardıb.

Belə ki, bölgə təmsilçisi Bakı Su idmanı Sarayının qum meydançasında hazırlıqlarını davam etdirir.

Maraq üçün deyək ki, yay hazırlığı dönəmində klublarımızdan yalnız "Neftçi" sözügedən məkanda 1 həftə hazırlıq keçir. Görünür İbrahim Uzunca Samir Abasovun iş metodundan, məşq proqramından yararlanmağa üstünlük verib.