
"Xankəndi” rəsmisi xəstəxanada direktor müavini təyin olundu
- 30 İyl 2025 11:45
- 52
Ötən mövsüm Region Liqasında “Xankəndi” Futbol Klubunun çempionluğunda mühüm rol oynamış Vasif İsmayılov yeni vəzifəyə təyin olunub.
Rekord.az xəbər verir ki, icraçı idarəçilik sahəsində təcrübəli olan İsmayılov, daha əvvəl Ağdam və Füzuli rayon xəstəxanalarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Son təyinatına əsasən, o, Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.