Cari mövsüm Region Liqasında mübarizə aparan komandalar arasında ən imkanlı iştirakçı müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu, Cənub zonasında qüvvəsini sınayan “Xan Lənkəran”dır.

2021-ci ilin yayında yaradılan klubun büdcəsi 250 min manatdır.

Rusiyada faəliyyət göstərən lənkəranlı iş adamları tərəfindən formalaşdırılan kollektiv hazırda çempionluğa ən real namizəd sayılır. “Xan Lənkəran” ilk dövrədən sonra 13 xalla qrup lideridir.