
“Xan Lənkəran” AFFA-nın formalarından imtina edib
- 04 May 2022 14:00
- 628
I Diviziona buraxılmayan “Xan Lənkəran” hələ də bu absurd qərarın ləğv olunacağına və önlərində “yaşıl işıq” yandırılacağına inanır.
Rekord.az xəbər verir ki, nəinki “Region Liqası”nda, hətta I Divizionda çıxış edən klublar arasında belə, ən böyük büdcəyə sahib olan Lənkəran təmsilçisi geridə qalan mövsüm ərzində heç də az vəsait xərcləməyib.
Komanda rəhbərliyi AFFA-dan hansısa formada yardım da almayıb. Hətta aldığımız məlumata görə, federasiya mövsüm öncəsi “Region Liqası”nda çıxış edən bütün komandalara pulsuz forma versə də, Lənkəran təmsilçisi həmin formalardan da imtina edib və öz hesabına futbolçulara geyim dəstləri alıb.