Aprelin 22-də Bakı şəhər Hövsan Olimpiya İdman Kompleksində MMA və Pankration üzrə Paytaxtın Açıq Turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, Xaçmazın Yalama qəsəbəsinin Plastun komandası yarışlarda iştirak edərək 4 Qızıl, 4 Gümüş və 1 Bürünc medal qazanmışdır.