
Vüsal İsgəndərli rəsmən “Sumqayıt”da
- 28 İyn 2022 16:44
- 505
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Rekord.az xəbər verir ki, ötən mövsümü “Ankara Keçiörengücü” klubunda keçirmiş yarımmüdafiəçi Vüsal İsgəndərli ilə 2 illik müqavilə imzalanıb.
Vüsal İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Şamaxı” və “Ankara Keçiörengücü” klublarının şərəfini qoruyub. O, Azərbaycan milli komandasının heyətində də 3 oyunda meydana çıxıb.