
Virtsin “Liverpul”dakı forma nömrəsi müəyyənləşib
- 01 Avq 2025 20:00
- 46
“Liverpul”un yeni transferi Florian Virtsin klubdakı forma nömrəsi müəyyənləşib.
Rekord.az Mersisayd təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçu yeni mövsümdən etibarən 7 nömrəli forma ilə çıxış edəcək.
Bu nömrə daha öncə kolumbiyalı hücumçu Luis Diasa məxsus idi. Onun “Bayern”ə transferindən sonra forma nömrəsi boş qalmışdı.
22 yaşlı futbolçu bu yay “Liverpul”a Leverkuzen “Bayer”indən transfer olunub. Premyer Liqanın son çempionu onun keçidi üçün 125 milyon avro ödəyib.