"Real"ın futbolçusu Vinisius Junior şəxsi rekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, 25 yaşlı vinger buna "Benfika"ya qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.


Braziliyalı oyunçu ardıcıl beşinci rəsmi matçda qol vurub. Vinisius 2022-ci ildə də bu göstəriciyə imza atmışdı.


"Real" sözügedən görüşdə "Benfika"nı 2:1 hesabı ilə üstələyib.