
"Viktoriya"nın məşqçisi "Qarabağ"dan niyə çəkinir?
- 16 Avq 2022 22:00
- 464
“Qarabağ” bizim üçün xoş olmayan rəqibdir. Onlar topu özlərində çox saxlayır. İtirdikdən sonra isə çoxlu pressinq edir. Xüsusən də evdəki matçlarda cəsarətlə və uğurlu pressinq edərək çoxlu qələbə qazanıb və rəqiblərini cəzalandırıblar”.
Rekord.az xəbər verir ki, bu sözləri “Viktoriya”nın baş məşqçinin köməkçisi Pavel Xorvat klubun rəsmi saytına açıqlamasında deyib.
Plzen təmsilçisi bu gün səhər “Qarabağ”la Çempionlar Liqasının ilk pley-off matçı üçün Bakıya yola düşüb. Səfər öncəsi P.Xorvat Ağdam təmsilçisi barədə müsbət fikirlər səsləndirib: “Onları topu ələ keçirəndə çox təhlükəli və məhsuldar olur. Bizim üçün rəqibi zərərsizləşdirməli olduğumuz nöqtələr var. Biz buna imkan verməməliyik”.
Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada oynanılacaq.