
Vidal Braziliya klubunda
- 14 İyl 2022 14:46
- 433
“İnter”dən ayrılan Arturo Vidalın yeni klubu məlum olub.
Rekord.az xəbər verir ki, çilili yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək.
O, “Flamenqo” ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Flamenqo” 35 yaşlı futbolçunu pulsuz transfer edib.
Vidal “Bayern”, “Barselona”, “Yuventus” kimi klublarda çıxış edib.