Xəbər verdiyimiz kimi, millimizin sabiq üzvü Vaqif Cavadov keçən il futbol məktəbi açmışdı. Həmin məktəbə aşağı yaşlı uşaqlar cəlb olunurdu. Hətta veteran futbolçu Rafiq Mirzəyev sözügedən məktəbə məşqçi də təyin edilmişdi.

Lakin Rekord.az-a daxil olan son məlumata görə, məktəb bir müddətdir ki, uşaq qəbulunu dayandırıb.

Səbən koronavirusun yaratdığı maneələrdi. Hətta məktəbin müvəqqəti olaraq bağlanmasına dair məlumatlar da gəlib bizə çatıb.