İspaniya La Liqasında 4-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir qarşılaşma baş tutub.

“Valyadolid” doğma meydanda “Almeriya” ilə qarşılaşıb və bu oyundan qalib ayrılmaqla yeni mövsümdə ilk dəfə 3 xala sevinib.

4 turdan sonra maksimim nəticə göstərən yeganə komanda – Madrid “Real”ı zirvədə qərarlaşıb. “Barselona” və “Vilyarreal”ın 10 xalı var. 7 xalı olan Madrid “Atletiko”su 7-ci, cəmi 1 xalı olan “Sevilya” isə 17-cidir.

İspaniya La Liqası
4-cü tur

2 sentyabr

Selta – Kadis 3:0
Qol: Yaqo Aspas, 56, 75. Oskar Rodriqes, 62.

3 sentyabr

Malyorka – Jirona 1:1
Qol: Railyo, 87 – Sais, 90+2-pen.

Real – Betis 2:1
Qol: V.Junior, 9, Rodriqo, 65 – Kanales, 17.

Real Sosyedad – Atletiko 1:1
Qol: Sadik, 55 – Morata, 5.

Sevilya – Barselona 0:3
Qol: Rafinya, 21. Levandovski, 36. Erik Qarsiya, 50.

4 sentyabr

Osasuna – Rayo Valyekano 2:1
Qol: Oroz, 54. R.Qarsiya, 90 – Leyeune, 75.

Atletik – Espanyol 0:1
Qol: Breytueyt, 83.

Vilyarreal – Elçe 4:0
Qol: Moreno, 26. Lo Çelso, 36. Koklen, 89. Morales, 90+4.

Valensiya – Xetafe 5:1
Qol: Lato, 7. Lino, 14. Kastilyexo, 16. Niko, 65. Duro, 68 – Sosa, 78.

5 sentyabr

Valyadolid – Almeriya 1:0
Qol: Veysman, 90+3.