"Arsenal" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

"Topçular" "Mançester Siti"dən Aleksandr Zinçenko ilə razılığa gəliblər.

London təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 30 milyon sterlinq ödəyəcək.

Ukraynalı oyunçu ötən mövsüm bütün turnirlərdə 28 oyunda 6 qolun ötürməsini verib.