
"Ukraynada insanlar ölür, biz isə Superliqa üstündə mübahisə edirik"
- 01 Apr 2022 13:20
- 478
“Super Liqa haqda danışmağa nifrət edirəm. Üç klubdan danışırsınız. Şanslarının olmadığını bilirlər. Ukraynada insanlar ölür, gecələmək üçün yerləri yoxdur, biz isə Superliqa üstündə mübahisə edirik".
Rekord.az xəbər verir ki, bu sözləri PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi BBC-yə açıqlamasında deyib.
O, Superliqa layihəsini mənasız iş adlanıdırıb: "Superliqa klublarının problemi sabitliyin olmamasıdır. Onların uzunmüddətli maliyyə dayağı yoxdur. Onlar unudurlar ki, futbol hüquqi deyil, ictimai müqavilədir. Ona görə də əllərində bir kağız parçası yelləyirlər".
Xatırladaq ki, 12 komandanın iştirakı ilə Superliqa aprelin 19-da yaradılsa da, iki gün sonra 9 klub yarışdan çıxdığını açıqlamışdı. Yalnız “Real”, “Barselona” və “Yuventus” Superliqa tunirinin tərəfdarı olaraq qalır.