
Ukrayna Şotlandiya ilə oyunun təxirə salınmasını xahiş etdi
- 05 Mar 2022 13:00
- 508
Ukrayna FİFA-dan xahiş edib ki, martın 24-də Şotlandiya ilə keçiriləcək DÇ-2022-nin seçmə mərhələsinin pley-off qarşılaşması təxirə salınsın.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı ABŞ mətbuatı FİFA-dakı mənbələr istinadən yayıb.
Ukrayna martın 24-də Qlazqoda Şotlandiya ilə qarşılaşacaq. Ukrayna yarımfinal mərhələsini adlaya bilsə, Uels-Avstriya cütünün qalibi ilə üz-üzə gələcək.
Ukraynanın xahişi nəzərə alınsın və görüş iyuna qədər təxirə salınsın. Qeyd edək ki, DÇ-2022-in final mərhələsinin püşkatması aprelin 1-də Dohada keçiriləcək.