
Ukrayna millisinin yarımmüdafiəçisi "Qəbələ" yolunda
- 19 Mar 2022 12:00
- 716
Ukraynada davam edən müharibə yerli futbolçuların da karyeralarına ciddi zərbə vurmuş oldu.
Rekord.az xəbər verir ki, artıq bir çox futbolçular ölkə xaricinə uz tutmağa məcbur qalıb.
Aralarında ölkəmizə gələn Andrey Popoviç kimi nümunə də var.
"Sumqayıt"a keçən qolkiper kimi Premyer Liqamızın yolunu tutacaq başqa ukraynalı futbolçular da ola bilər.
Belələrindən bir isə Dmytro Topalovdur. Hazırda "Mariopul"a məxsus olan 24 yaşlı yarımmüdafiçi "Qəbələ" ilə danışəqlar aparır.
Əgər danışıqlar müsbət başa çatsa, yaxın günlərdə bölgə klubunun heyətinə qoşulacaq.
"Şaxtyo"un yetirməsi olan Topalov bu mövsüm Ukrayna Premyer Liqasında 17 oyun keçirib. O, bu qarşılaşmalarda 3 qol və 3 asistlə yadda qalıb.
Dmytro Topalov ölkəsinin bütün aşağı yaş millilərində çıxış edib. (sportinfo.az)