Kiyev "Dinamo"snun sabiq futbolçusu Ruslan Rotan 3 komandanı eyni anda çalışdıracaq.

Rekord.az xəbər verir ki, Ukrayna Futbol İttifaqının idarə heyəti bununla bağlı qərar verib.

Qərara görə, 41 yaşlı mütəxəssis bundan sonra Ukraynanın əsas və U-21 yığmalarına rəhbərlik edəcək, eyni zamanda "Aleksandrya" klubunun da baş məşqçisi postunu tutacaq.