
UEFA “Qarabağ”a ödəniş etdi - Pandemiyaya görə
- 01 Dek 2022 11:30
- 481
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
Rekord.az xəbər verir ki, qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/22 mövsümündə Avropa Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 000 avro maliyyə vəsaiti ödəyib.
Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.