Çempionlar Liqasının qrup mərhələsinin püşkatma tarixi məlum olub. 

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, tədbir avqustun 25-də Türkiyənin İstanbul şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Tədbir zamanı  2022-ci ildə Avropanın ən yaxşı oyunçusu da müəyyənləşəcək. Namizədlərin siyahısı hələ açıqlanmayıb. Ötən il bu mükafatı "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo qazanıb.

Qeyd edək ki, "Qarabağ" ÇL-in pley-offunda "Viktoriya"nı (Çexiya) keçsə qrup mərhələsində oynayacaq.