
UEFA Mahir Emrelinin yeni komandasını cəzalandırdı
- 04 Mar 2023 14:40
- 393
UEFA maliyyə öhdəliklərini düzgün yerinə yetirməyən 11 klubu cəzalandırıb.
Rekord.az xəbər verir ki, onların arasında Mahir Emrelinin yenicə transfer olunduğu Türkiyənin “Konyaspor” klubu da var.
Rumıniyanın “ÇFR Kluj”, Xorvatiyanın “Osiyek” və “Riyeka”, Yunanıstanın “Aris”, Qazaxıstanın “Kızıljar” və “Astana”, Bosniya və Herseqovinanın “Borats”, Maltanın “Floriana”, Latviyanın “Valmiera” və Sloveniyanın “Olimpiya” (Lyublyana) klubları da cəzaya məruz qalıblar.
Növbəti mövsümlərdə avrokuboklara buraxılmayacaq bu klublardan “ÇFR Kluj” 250 min, “Osiyek”lə “Konyaspor” 150 min, “Olimpiya” (Lyublyana) 100 min, “Aris” və “Valmiera” 50, “Astana” 30, “Borats”, “Kızıljar”, “Floriana” 10 min avro cərimə də ödəyəcək.