Cari mövsüm avrokuboklarda iştirak edən “Neftçi” və “Qarabağ” klublarına UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəçiliyi ilə qeyd olunan klubların hesabına köçürülüb.

“Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışına görə 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlindəki mövqeyinə görə də 934 500 avro əldə edib.