
UEFA-dan “Qarabağ”la bağlı yeni paylaşım
- 03 Okt 2022 20:30
- 472
UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib.
Rekord.az xəbər verir ki, Avropa Liqasının “Twitter” səhifəsində Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı vurğulanıb.
Paylaşımda Ağdam təmsilçisinin ardıcıl 7 matçda qələbə qazandığı və ölkə çempionatında dominantlıq etdiyi bildirilib.
“Qarabağ” Premyer Liqanın son turunda “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.