
UEFA-dan Kiyevdəki oyuna görə yeni qərar
- 24 Fev 2022 17:42
- 487
UEFA Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Gənclər Liqasının 1/8 final mərhələsinin “Dinamo” U-19 – “Sportinq” U-19 oyunun vaxtını dəyişib.
Rekord.az xəbər verir ki, bu barədə Kiyev klubunun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.
Matç martın 9-na, Kiyev şəhərindəki V.Lobanovski adına stadiona təyin edilib.
Ukraynadakı vəziyyəti nəzərə alan UEFA görüşün vaxtını və yerini dəyişə də bilər. Bununla bağlı yekun qərar gələn həftə veriləcək.