UEFA AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovu Polşaya ezam edib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Elçin Məmmədov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın Lodz şəhərindəki “Vladislav Krol” stadionunda keçirilmiş “Dinamo” (Ukrayna) – “Şturm” (Avstriya) oyununu izləyib.

Ona VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası həvalə olunub.

Kiyev "Dinamo"su həmin matçda Avstriya çempionuna 1:0 hesabı ilə qalib gəlib.