 
        U-16 millimiz yoxlama oyununda qələbə qazandı
- 28 Noy 2021 13:31
- 613
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, “Keşlə”nin U-17 komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb.
U-16-nın heyətində Cumali Hüseynov və Rəhman Tahirli fərqlənib.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        