U-16 millimiz yenə quru hesabla məğlub oldu
- 29 Noy 2024 22:42
- 101
16 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında qrup mərhələsində son görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, Estoniyada təşkil olunan yarışda B qrupunda yer alan millimiz ev sahibinə və Latviya yığmasına qarşı mübarizə aparıb.
Hər iki görüşdə məğlub olan komandamız sabah 5-ci yer uğrunda A qrupunun üçüncüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Estoniya, Latviya, Gürcüstan, Ukrayna və Polşa komandaları iştirak edir.
“AVRO-2025”ə seçmə xarakteri daşıyan çempionat noyabrın 30-da başa çatacaq, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə əldə edəcək.
B qrupu
27 noyabr
Azərbaycan - Estoniya 0:3 (4:25, 10:25, 17:25)
29 noyabr
Azərbaycan - Latviya 0:3 (12:25, 17:25, 15:25)