
Tuxel: "Nə vaxtdan rəqibin saçından dartmaq qayda pozuntusu sayılmır?"
- 15 Avq 2022 14:43
- 463
"Çelsi"nin baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində "Tottenhem"lə görüşü (2:2) dəyərləndirib.
Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, alman mütəxəssis belə danışıb:
"Yalnız bir komanda qələbəyə layiq idi ki, o da biz idik. Bu gün "Tottenhem"in futbolçularının - Pyer-Emil Höyberq və Rodriqo Bentankurun neçə dəfə qaydanı pozduğunu deyə bilmərəm. Nə vaxtdan futbol matçlarında rəqibin saçından dartmaq qayda pozuntusu sayılmır? Onlar belə hərəkəti özlərinə rəva görsələr də, buna görə heç nə deyən olmadı".
Qeyd edək ki, ilk iki turdan sonra hər iki komandanın 4 xalı var.