
Tuxel ÇL finalının Sankt-Peterburqdan alınmasını dəstəklədi
- 26 Fev 2022 12:42
- 424
"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının finalının Sankt-Peterburqdan alınaraq Parisə verilməsinə münasibət bildirib.
Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis “Football London”a açıqlamasında qərarı dəstəklədiyini deyib: “Aydındır ki, bu, düzgün qərardır. Bunun üçün daha pis səbəb tapa bilməzsiniz. Baş verənlər əhvalımıza təsir etdi".
Xatırladaq ki, UEFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında Çempionlar Liqasının 2021/2022 mövsümünün finalının Sankt-Peterburqdan alınaraq Parisə verilməsi qərara alınıb. Final mayın 28-də “Stad de Frans” stadionunda keçiriləcək. Rusiya ilə Ukrayna arasında gedən müharibəyə görə belə qərar verilib.