Turun son oyununda "Abşeron Lions" sevindi
- 20:30
- 28
Azərbaycan Basketbol Liqasında 13-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, turun son matçı NTD və "Abşeron Lions" arasında keçirilib.
Bakı İdman Sarayında baş tutan görüş "Abşeron Lions"un 100:93 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki matçlarında "Naxçıvan" "Lənkəran"ı (106:75), "Ordu" "Sərhədçi"ni (98:82), "Neftçi" "Gəncə"ni (77:75), "Sumqayıt" "Quba"nı (94:90), "Sabah" isə "Şəki"ni 112:65 hesabı məğlub edib.