"Keşlə" hazırda türkiyəli məşqçi Cenk Özanla danışıqlar aparır.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı "Futbol plus" qəzetinə açıqlamasında türkiyəli məşqçi özü verib.

O, etiraf edir ki, hazırda agenti "Keşlə" rəhbərliyi ilə danışıq aparır.

Qeyd edək ki, Özan hazırda Estoniyada 4-cü pillədə qərarlaşan "Narva"nın baş məşqçisidir.