
Türkiyə millisinin üzvü yaşadığı ağır həyatdan danışdı
- 24 İyl 2022 15:30
- 536
"Lester"də çıxış edən Çağlar Söyüncü Britaniya mətbuatına müsahibə verib.
Rekord.az xəbər verir ki, o, müsahibə zamanı "Altınordu"da futbola başladığı çətin dönəmlərindən də danışıb:
"11 yaşında evi tərk etmək çox kədərli idi. Gecələr ağlayırdım. Bəzi oyunçular məşqdən sonra evlərinə gedirdilər.
Yataqxanada 25 nəfər yaşayırdıq və çox işləyirdik. Tualetləri təmizləyir, döşəmələri silir, qab-qacaq yuyurduq. Həyatı öyrəndik".
Türkiyə millisinin üzvü gündə 5 dəfə namaz qılmağa çalışdığını söyləyib: "Ramazanda ilk günlər bir az çətin keçir, amma Allah köməyimiz olur.
Uşaqlığımdan bəri oruc tuturam. Bu, həyatımın bir hissəsidir".
26 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasında oynadığı üçün qürur duyduğunu bildirib:
"Türkiyədə çox sevilirəm. "Altınordu"da yox, "Beşiktaş"da oynayaraq bura gəlsəydim, təkcə beşiktaşlılar məni sevərdi. Ancaq 2-ci liqa komandasından gəldiyim üçün məni hər kəs sevir".