"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub.


Rekord.az xəbər verir ki, Qaziantep Böyükşəhər stadionunda keçirilən final oyununda "Trabzonspor"la qarşılaşan İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.


"Sarı-qırmızılar"ın qollarını Barış Alper (5) və Viktor Osimhen (46, 63) vurublar.


Nəticədə "Qalatasaray" tarixi ərzində rekord sayda - 19-cu dəfə Türkiyə Kubokunun qalibi adını qazanıb.