
Türkiyə klubunda yeni baş məşqçi
- 17 Avq 2021 19:20
- 512
Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Cihat Arslan çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Cihat Arslan bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Şenol Canı əvəzləyib.