Türkiyə futbol tarixinin rəmzi komandası açıqlanıb.

Rekord.az xəbər verir ki, IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) bu “11-liy”i müəyyənləşdirib.

3-4-3 sistemi üzrə qurulan heyətdə aşağıdakı veteran futbolçular yer alıb:

Qapıçı: Rüştü Rəçbər;

Müdafiəçilər: Fatih Terim, Alpay Özalan, Bülənt Korkmaz;

Yarımmüdafiəçilər: Əmrə Bəlözoğlu, Tuqay Kərimoğlu, Can Bartu, Oğuz Çətin;

Hücumçular: Mətin Oktay, Hakan Şükür, Tanju Çolak.