Birinci divizion təmsilçisi "Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşib.

 

Rekord.az xəbər verir ki, komanda İlham Yədullayevə tapşırılıb.

 

Son iş yeri "Keşlə"nin əvəzedici komandası olan mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Rəsmi açıqlamanın sabah veriləcəyi gözlənilir.

 

Yadullayev "Turan Tovuz"un sükanı arxasında "Qəbələ"yə keçən Azər Bağırovu əvəzləyib.

 

Bu ilin əvvəlində "Keşlə"dən ayrılan məşqçi 7-8 aydır işsizdir. O, paytaxt klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışırdı. (sportinfo.az)